QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!

Baxılıb:1439
QANBAYEVLƏR  nəslinin   “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri  töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!

Bu gün Azərbaycanda Polis Günüdür.

“Aztimes.az” xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 103 il ötür.
Bəli, Azərbaycan Polisi daim öz peşəkarlığını artırır, mənəvi-əxlaqi keyfiyyətlərini ildən-ilə yüksəldir. Fəаliyyətin bаşlıcа mеyаrı isə vətəndaşların polisin xidmətinə vеrdiyi qiymət, ona оlаn inаmdır.

Ədalətin ilk qapısı “Hüquq Mühafizə Orqanları”dır. Bu gün 103 illik yubileyi Respublikamızın ictimai həyatında əlamətdar hadisələrdən biri kimi təntənə ilə qeyd olunan Hüquq Mühafizə Orqanlarımız ağır, çətin və şərəfli yol keçmişdir. Hüquq-Mühafizə Sistemi müstəqil dövlətin ən mühüm təsisatlarındandır. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yаlnız mükəmməl hüquqа əsаslаnаndа güclü olur, vətəndаş yаlnız demokrаtik və ədаlətli hüquqlаrlа əhаtə olunаndа аzаd olur.

Аzərbаycаnın dövlətçilik tаrixində bu ənənələr dаim əsаs götürülmüşdür. Hüquq-Mühаfizə Sistemində polisin rolu isə bütün dövrlərdə xüsusi əhəmiyyət kəsb etmişdir.
Sаğlаm vətəndаş cəmiyyəti qurmаq və güclü dövlət yaratmaq üçün, ilk növbədə, ölkədə sаbitlik və əmin-аmаnlıq olmalıdır. Yаlnız ictimаi аsаyişin bərqərаr olduğu cəmiyyətdə inkişаf mümkündür. Onа görə də Ümummilli lider Heydər Əliyev bu sahədə zəngin qanunvericilik bazası yaratmış, cinаyətkаrlığа qаrşı mübаrizə üzrə nоrmаtiv-hüquqi аktlаr, ən əsası isə “Polis hаqqındа” Azərbaycan Respublikasının Qаnunu qəbul etmişdir.

Dahi şəxsiyyətin 1998-ci il 24 mаy tаrixli Fərmаnına əsasən Аzərbаycаn Xаlq Cümhuriyyəti Dаxili İşlər Nаzirliyinin tərkibində ilk Polis orqаnlаrının təsis edildiyi gün – 2 iyul “Аzərbаycаn Polisi Günü” elаn olunmuşdur.
Bu tarix yalnız Daxili İşlər Orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir!

Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz, həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Polisi regionun ən peşəkar, intellektual səviyyəli Hüquq Mühafizə Orqanlarındandır.

Daxili İşlər Nazirliyinin hər bir əməkdaşı Azərbaycan dövlətinin möhkəmlənməsində, milli maraqların qorunmasında fəal və mübariz mövqe tutur.
Bizim kifayət qədər qəhrəmanlığı nümunə göstəriləcək Polis sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır.

Ömrünü vətənə, dövlətə həsr edən neçə-neçə polislərimiz var. Sədaqətin bariz nümunəsi Qanbayevlər ailəsini misal çəkmək olar.
Bəli, həyatın əsrlərdən bəri sınaqdan çıxardığı, təsdiqlədiyi dəyişməz bir həqiqət var. Tarix onu yaradanların tarixidir. Doğrudan, da belədir. Tarixin dəyəri onu yaradan, tarixi prosesləri istiqamətləndirən, nəhayət, tarixin gedişatın dəyişməyi bacaran şəxsiyyətlərlə ölçülür.

Təbiəti kainatın bir parçası, olduğu kimi insanlar da kainatın düşünən canlılarıdır.Yaradanın öz qanunauyğunluğu olduğu üçün həyatda hər bir varlıq öz nəslini yaşatmaq üçün artır, çoxalır və varislərini yerlərində yadigar qoyaraq başqa bir aləmə köçürlər…

Hörmətli oxucularımız, Sizlərə bu məqaləmdə tərcümeyi-halları daha rəngarəng və bir-birindən maraqlı həyat ömürləri olan tanınmış nəsilərimizdən biri Qanbayevlər ailəsindən söhbət açacağam. Doğrusu, haqqlarında o qədər fakt və məlumat eşitmişdim ki, yazmaq istəsəm…bəlkə də bir qəzetə sığası deyildi. Yazıma başlamazdan əvvəl, gəlin bu nəslin görkəmli nümayəndələrini hər birini ayrı-ayrılıqda daha yaxından tanıyaq…

Qanbayevlər ailəsinin 18-ci əsrdən üzü bəri gələn nəslinin ağsaqqalı Xanbala Polad oğlu Qanbayev olmuşdur. Bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi vətənə, dövlətə sədaqətlə xidmətin əsl təntənəsi idi.

Xülasə, bu baxımdan müsahibimizin tarixi həyat yoluna qısa nəzər salmağı özümüzə borc bildik.
Azərbaycanda etnik dayaq yaratmaq vacib olduğundan, o vaxtlar təqribən 18-ci əsrin əvvələrində regiona ərəb əhalisinin köçü başlamışdı. Tarixi mənbələrə əsasən bildirək ki, Müsahibimiz Qanbayevlər ailəsi də qədim mədəniyyət beşiyi olan Şamaxıda Ərəb-Şahverdi tayfalarına mənsub oloduğundan, onlar sonradan Azərbaycanda əsasən Şirvan regionunda Kür çayının kənarına köç etmiş, öz köçəri həyatları ilə elə burdaca məskunlaşmağa başlamışlar.

Müsahibimin dörd oğlu, iki qız övladı olub. Nümunəvi ailə başçısı olduğu üçün övladlarına da təsadüfi yox, adlarına oxşasınlar deyə seçmə adlar qoyurmuş.
Sözsüz, adların məsuliyyəti danılmazdır. Görünür, Xanbala ad seçərkən düşünüb- daşınıb, gələcəyin qurucularının da üstünə irəlicədən məsuliyyət yükü qoyub.

Mətləbdən çox uzaqlaşdıq, mən yenə də hörmətli oxucularımın diqqətini Xanbala bəyə yönəltmək istəyirəm. Çox səmimi insan olub. Əlbəttə, bu səmimiyyətdə saxtakarlıq ola bilməzdi. Müsahibim Ana Vətənini, elini, obasını, yurdunu, ilahi sevgiylə sevən, bir vətəndaş olmaqla bərabər, dövlətə, onun atributlarına-gerbinə,himninə böyük hörmətlə yanaşan, bu yolda canı ilə, qanı ilə xidmət etməyə hazır olan bir vətən oğlu imiş.

Aldığımız məlumata görə onun övladlarından dördünün müəllim olmasına baxmayaraq, Xanbalanın digər iki övladından biri -Qanbayev Ənzəli Prokuror, Qanbayev Gəncəli isə ata yolunu tutaraq Milis sistemində işləməyi özünə şərəf bilmişdir.

Tarixi araşdırmalarımıza görə buradan belə bir nəticəyə gəlmək olur ki, bəy nəsilindən olan Qanbayevlər öz xeyirxahlıqları ilə el-obada tanınmış, hörmət sahibi olan ziyalılar sayılmışlar. Belə insanları tarix yüz ildən, bəlkə də min ildən bir yetirir.

Yuxarıda qeyd etdiyim kimi, Xanbala bəy elin sözü keçən, sayılan-seçilən ağsaqqallarından olmaqla, çox dövlətli və adlı-sanlı adam olub. Bilikli və müdrik insanları adətən sadə, ağıllı və təvazökar olurlar. Xanbala bəydə də məhz bu keyfiyyətlər həmişə özünü göstərməkdə idi. Dövlətə xidmət etmək, hər mənada xalqa təmənnasız əl tutmaq Xanbala müəllimin fəaliyyətinin bir hissəsi olub.

Əhsən, belə oğulu doğan anaya, ərsəyə çatdıran ataya!

Xanbala Polad oğlu Qanbayev…

Zubovka rayonunda  1904-cü  ildə (indiki Şirvan şəhəri) anadan olub. Fəaliyyət dövrü  əsasən ötən əsrin əvvəllərinə təsadüf edilən  müsahibimiz  əvvəlcə,  rayon  NKVD-sində  çalışmış, daha sonralar isə Əli-Bayramlı rayon Milisində öz fəaliyyətini  davam etdirmişdir. İşlədiyi müddətdə həmişə  dövlətə sadiq, xalqına, elinə-obasına  isə arxa, dayaq olmuşdur.

Tarix tarixdir…Xatırladaq ki, 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının  həyatında   çox  mühüm  yer tutduğundan, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bəli, tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur. Unutmaq olmaz ki, o dövrdə  faşizim  bütün insanlar üçün təhlükəli bir hadisəyə çevirilmişdi.

Mütləq qeyd etməliyəm ki, müharibənin ilk günlərində  Azərbaycanın şiddətli döyüşləri zamanı arxa cəbhədə yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək bir sözlə, xeyirxah işlər görməyi yüksək mənəvi məsuliyyətlə  üzərinə götürərək  şərəflə, əzmlə təmənnasız həyata keçirmiş bir Milisin-yəni Xanbala Polad oğlu Qanbayevin  mənəvi xoşbəxtliyi,daxili zənginliyidir.

Xalqımıza, vətənimizə sədaqətdə,sadiqilikdə, vətənimiz olan Azərbaycanı bir  övlad kimi, işlədiyi, yerlərdə  və  illərdə təmsil etməkdə original gedişlər  edən, Xalqa sədaqət, vətənə millətə sadiqlik  onun mənəvi zənginliyini dolğunlaşdıran şərtlərdənsə, əyilməzlik, yenilməzlik də onun  mənəvi ailəmini daha da dolğunlaşdıran şəxsiyyət xasiyyətlidir.

Qeyd edək ki, Xanbala Polad oğlu  Qanbayev  26 avqust  1962-ci ildə  59  yaşında həyata vida demiş, əbədiyyətə  qovuşmuşdu.

Gəncəli  Xanbala  oğlu Qanbayev

Uzun illər Sovet Milisində, Hüquq Mühafizə  Orqanında  çalışan  Xanbalanın oğlu Gəncəli  Qanbayev  1 yanvar  1931-ci ildə Əli-Bayramlı rayonunda (indiki  Şirvan şəhəri) anadan olub.

Müsahibim  lap kiçik yaşlarından  oxuyub-öyrənib, savadıyla həmyaşıdlarından fərqlənib. Necə deyərlər, gözü-yumlu  Azərbaycan Pedaqoji İnistitutun Tarix fakültəsinə qəbul olunub. O, ömrü  boyu  yaşadığı və həyatının  sonunacan  ayrılmadığı Əli-Bayramlı rayonunda (indiki  Şirvan şəhəri) müxtəlif  vəzifələrə  qədər  yüksəlmişdi.

Gəncəli  ilk iş fəaliyyətinə 1957-1964-ci ildə  Əli-Bayramlı rayonunda yerləşən Voroşılov adına məktəbdə müəllim kimi başlamış,  daha  sonralar isə həmin məktəbin direktoru  vəzifəsini icra edərək davam etdirmişdir.

Harda  çalışmasından asılı olmayaraq,  O, kamil  müəllim idi, daha doğrusu, müəllimlər  müəllimi, hətta  mən deyərdim  ki, bir qədər  sərt idi, xasiyyəti tündməcaz, ötkəm və qətiyyətliydi. Çünki, erkən yaşlarından pəhləvan cüssəli  atasını itirmişdi.

Gəncəli Xanbala oğlu  Qanbayev  1964-1965-ci ildə  Əli-Bayramlı Xalq Məhkəməsinin sədri  vəzifəsini daşımışdı. Ancaq ən böyük  vəzifəsi 1965-ci ildən Əli-Bayramlı şəhər Milis şöbəsində əvvəlcə rəis müavini olmuş, sonradan isə rəis vəzifəsinə təyin edilmiş, Milis mayoru rütbəsinə layiq görülmüşdür.

 1967-ci ildə Əli-Bayramli Zəhmətkeş Deputatlar  Sovetinə deputat seçilmiş və ən nəhayət, 1979-1985-ci illərdə isə  Qazıməmməd (indiki Hacıqabul)  şəhərinə  Xalq  Deputatlar  Sovetinin deputatı olmuşdur.

“1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı,  “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi” ilə əlaqədar yubiley medalı, “Daxili  işlər orqanlarında qüsursuz xidmətə görə” medalı, “Sovet milislərinin 50 illiyi” yubiley medalı, “Sovet milislərinin 50 illiyi” yubiley medalı və  “Mükəmməl polis” döş nişanı ilə təltif olunmuşdur.

Qeyd edim ki, Gəncəli  Xanbala oğlu  Qanbayev  15 mart  1987-ci ildə vəfat etmişdir.

Qardaşı Ənzəli Xanbala oğlu Qanbayev …

Bütün fəaliyyəti, həyat yolu və indiyə kimi qazandığı şəxsi nüfuzu ilə, bir sözlə, bütün potensialına görə, hər hansı təriflər və təltiflərdən qat-qat yüksəkdə dayanır. İşlədiyi dövr ərzində dövlətçiliyimizə, xalqımıza, ölkə rəhbərinə daim sədaqətlə qulluq etmiş, üzərinə düşən işə sadiqlik nümayiş etdirmiş və vicdanla yanaşmışdır.

Müsahibim 10 noyabr 1932-ci ildə Əli Bayramlı rayonunda (indiki Şirvan şəhəri) anadan olmuşdur. Orta məktəbdə yüksək təhsil almağı, maneəsiz, hər gəncin yalnız arzuladığı Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmağı elə müsahibimin valideynlərinin zəhmətinin düzgün istiqamətiydi.

Sevib-seçdiyi ixtisası fərqlənmə diplomu ilə bitirmiş, Ənzəli əmək fəaliyyətinə 13 sentyabr 1960-ci ildən Noraşen (indiki Şərur) rayon prokurorluğunda, 1963-ci ilin 23 may tarixində Lenin (indiki Sabunçu) rayon prokurorluğunda, 24 mart 1965-ci ildə Oktyabr (indiki Yasamal) rayon prokurorluğunda, 27 mart 1972-ci ildən Ordjonikidze (indiki Suraxanı) rayon prokurorluğunda, 14 yanvar 1975-ci ildən Oktyabr (indiki Yasamal) rayon prokurorluğunda müstəntiq vəzifəsində başlasa da, müsahibim daha sonrakı ayrı-ayrı illərdə yəni-24 sentyabr 1977-ci ildən Respublika Baş prokurorluğun kadrlar şöbəsinin, 19 iyul 1978-ci ildən Neftçala rayon prokuroru işləmiş, 1981-ci il 5 noyabr tarixində SSRİ Baş Prokurorunun 119-a nömrəli əmrinə əsasən Ənzəli Qanbayevə Ədliyyə müşaviri rütbəsi verilmisdir.

1982-1985-ci illərdə Neftçala rayon Xalq Deputatlarının Sovetinin deputatı olmuş, 30 noyabr 1987-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş prokurorluğunun kriminalistika şöbəsinin, 9 iyun 1988-ci ildən Bakı şəhər prokurorluğunun Daxili işlər Orqanlarının istintaqa və təhqiqata nəzarət üzrə şöbəsinin prokuroru vəzifəsində çalışmışdır.1990-cı il 12 martdan Bakı şəhər prokurorluğunun vətəndaşların qəbulu, sovet qanunvericiliyinin sistemləşdirilməsi və təbliğatı üzrə köməkçi vəzifələrində işləmişdir.

Ənzəli Xanbala oğlu Qanbayev Prokurorluğun polkovnik-leytenantı rütbəsini çiyinlərində şərəflə daşımaqla, “SSRİ Prokurorluğun 1922-1982-ci il yaranmasının 60 illik” medalı və “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalına layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, Ənzəli 17 iyun 1992-ci ildə pensiya yaşına çatması ilə əlaqədar orqandan xaric edilmişdir.
1994-ci ildə erkən dünyasını dəyişən Ənzəli Xanbala oğlu Qanbayevin Eldar və Dəyanət adında iki oğlu və iki qız övladı vardı.

Dəyanət   Ənzəli oğlu  Qanbayev…

Növbəti müsahimiz  Hüquq  Mühafizə Orqanlarında  əvəzedilməz xidmətləri olmuş, daim dövlətin  mənafeyi naminə çalışmış, xalqımızı cinayətkarlardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir.

Bəli, bu gün müstəqil Azərbaycanın təhlükəsiz inkişafında, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında  Dəyanət   Ənzəli oğlu Qanbayevin  də müstəsna xidmətləri, yeri və rolu vardır.

            Müsahibim  3 mart 1965-ci ildə müasir sənaye  güşələrimizdən biri olan Şirvan şəhərində anadan olub.  Dövrünün gözüaçıq, savadlı nümayəndəsi  olan Dəyanət hələ uşaqlıqdan balaca o, ağıl kamalda, fərasətdə tay-tuşlarından seçildiyindən  1983-ci ildə Moskva şəhərində, SSRİ Müdafiə Nazirliyi Hərbi  İnstitutunun hərbi hüquq fakultəsinə daxil olmuş, 1988-ci ildə isə Ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Hörmətli oxucular, gəlin artıq ömrünün ahıl və  aqillik  yaşlarında  olan  bu şəxsin  sahibi olduğu  müəssisələrin bir qismi barədə müxtəsər də olsa  məlumat  verək…

            Əvvəlcə, SSRİ Baş prokurorluğunun Saratov, Barnaul hərbi prokurorluqlarında təcrübəçi müstəntiq, təcrübəçi prokuror köməkçisi vəzifələrində  fəaliyyət göstərən Dəyanət  həmçinin Rusiyanın ayrı-ayrı şəhərlərində  də  müstəntiq  işləmişdir.

1992-2016-cı illərdə  Azərbaycan Respublikası Baş Prokurorluğunda  rayon  prokurorluğunun  müstəntiqi, böyük müstəntiqi, Baş Prokurorluğun  müxtəlif idarə  və şöbələrində  şöbə prokuroru vəzifələrində çalışıb.

Son vəzifəsi  Azərbaycan Respublikası Baş Prokurorluğunun  Ağır  cinayətlərə dair işlər üzrə  İstintaq idarəsinin Kriminalistika texnikası idarəsinin rəhbəri olub. Fransada  “İnterpol”un mərkəzi burosunda əməliyyat axtarış  və terrorizm, BMT-nın Avropa ofisində terrorizmə  və narkobiznesə qarşı mübarizə üzrə treniqlərində iştirak edib.

2013-cü  ildən  Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olan Dəyanət  Qanbayev,   hazırda  təqaüddə olan ədliyyə müşaviridir.

Razılıq hissi ilə  bildirirəm ki, Azərbaycan dövləti bütün dövrlərdə prokurorluq işçilərinin qayğısına qalmış və əməklərini yüksək qiymətləndirmişdir.   Dəyanət  də dövrün tanınmış prinsipial prokurorlardan idi. Prokurorluğun polkovnik-leytenantı rütbəsində olmaqla yanaşı, müsahibim müxtəlif illərdə dövlət tərəfindən uğurlu xidmətlərinə görə  bir neçə mükafatlarla təltif olunmuşdur.

Qeyd etmək lazımdır ki, qanunçuluğun, ictimai asayişin mühafizəsi kimi sərt, ciddi, tələbkar qaydalarla uzun müddət qüsursuz işləmək, dövlətin  hörmətini, etibar və etimadını qazanmaq, mehriban, qayğıkeş insan olmaq, sevilib xatırlanmaq hər kəsə nəsib olmur.

Məhz, Dəyanət Ənzəli oğlu Qanbayevi hörmətli edən onun prinsipiallığı, qanunpərəstliyi, tələbkarlığı, adamların talehinə ədalətli yanaşması, qanunların tələblərini düzgün yerinə yetirməsi olmuşdur. Müsahibimi hörmətli edən bir də onun yüksək mənəvi keyfiyyətləri idi. Sadə, zəhmətkeş insanları daha çox sevmiş, onların qayğılarına heç vaxt biganə qalmaması idi.

Yekun vuraraq deyirəm ki, korifey prokurorların arasında  Dəyanətin özünəməxsus xüsusi yeri olmuşdur. Onun həyatı, iş prinsipləri, iş fəaliyyətində gördüyü işlər gənc nəslimiz üçün tərbiyə məktəbidir.

Apardığımız  araşdırmamızdan məlum olur ki, Babası Xanbala bəydən, atası Ənzəli kişidən  keçən tərbiyə-məsuliyyət, dövlətin qorunması irsən Dəyanətə  də keçmişdir. Müsahibim də öz növbəsində bu adı doğruldur.  Atasının,  babasının tutuqları yolu davam etdirdiyi üçün qurur duyur. İşlədiyi kollektivin-iş yoldaşlarının dərin  hörmətini qazanmış,  Dəyanət öz vəzifə  borcunu ləyaqətlə yerinə yetirir. Bununla da,  bir ata və baba ruhunu şad etməklə təsginlik tapır, öz öhtəsinə düşən  işin  nəslinin adına layiq yanaşır!

Eldar Ənzəli oğlu  Qanbayev…

İndi oxucularımıza təqdim edəcəyim  qəhrəmanımız  11 iyun  1960-ci  ildə Əli-Bayramlı rayonunda (indiki Şirvan şəhəri) dünyaya göz açmış  Ənzəlinin oğlu Eldar  Qanbayevdir.

Bəri başdan deyək ki, Eldar öz zəhməti, səriştəsi, yüksək mənəvi  keyfiyyətləri, təbiəti etibarilə doğma yurdun  başını  ucaldan  həmin oğullardan biridir.   Lakin  genetik qan yaddaşı, dərin  təfəkkürü, istedadı daim onu fərqləndirmiş, başqalarına nümunə etmiş bacarığını üzə çıxartmışdır.

O, 1977-ci ildə  Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olumuşdur.  Eldar  ilk fəaliyyətinə  2 fevral 1994-cü ildən 1996-cı ilə qədər Yasamal Hərbi prokurorluğunun, Respublika Daxili Qoşunlarının qanunlarının icrasına nəzarət üzrə, burda hərbi prokurorunun köməkçisi  vəzifəsində başlamış, sonradan isə Hüquq  Mühafizə Orqanlarında davam etdirmişdir.

Qeyd edək ki,  müsahibimiz  2000-ci ildən Nərimanov  rayon Polis İdarəsinin hüquq qaydasının təmini üzrə İctimai Şuranın üzvü olmuşdur.

Tanıyanlar yaxşı bilirlər ki, haqq adamı idi. Haqqı, ədaləti həmişə özünə bayraq edər, ayrı-seçkiliyi  heç sevməzdi. Çox sadə və səmimi insan olduğuna  görə hamı  onun  hörmətini saxlayırdı. O, çox təmkinli olması, alicənablığı, saf ürəkli, mədəni, istedadlı olması ilə seçilirdi.

Qeyd edək ki, Eldar Ənzəli oğlu Qanbayev  27 oktyabr 2011-ci il tarixində  Bakı şəhərində rəhmətə gedib. Vaxtsız  dünyasını  dəyişmiş  Eldarın iki oğul övladı vardı.

“Qanbayevlər” ailəsinin  üzvlərindən biri olan, Eldar  bəyin oğlu  Toğrul  Qanbayev atasının  yolunun  və əməllərinin sədaqətli davamçısıdır. Hazırda O, Daxili  İşlər Orqanlarında  ictimai asayişin qorunmasında  öhdəsinə düşən müqəddəs  vəzifəni xidməti ilə ləyaqətlə, şərəflə yerinə yetirir.

Bütün bunlardan sonra qətiyyətlə deməyə haqqımız var ki, bu böyük nəslin 18-ci əsrdən bəri  gələn övladları, dövlətə xidmətdə həmişə seçiliblər. Təbiətən fədakarlıqları nəsildən-nəsilə ötürüləcək “Genetik  kodu” yaşatmışlar.

Bəli, baladan oğula, oğuldan isə nəvəyə keçən bu məsuliyyətli, çətin və eyni zamanda şərəfli yol  bu gün də davam  etdirilməkdədir…

Media əməkdaşı olaraq,  Mən bir böyük  nəsilin-ömürlərini… Azərbaycan Polisinin  inkişafına həsr edən, Polis adına  şərəf gətirən bir nəslin  ömür yoluna işıq saldım.

Üzü sabaha gedən ömür yolunda  Dövlətçiliyimizin, Müstəqilliyimizin qorunmasına  həsr edilmiş bir “Qanbayevlər” ailəsi haqqında  söhbət açdım.

Bu gün qürurla deməyi özümə borc bilirəm ki, Qanbayevlər  kimi şəxsiyyətlər dövlətimizin fəxrləridir. Şərəfli ömrünü  “Hüquq Mühafizə Orqanları”na həsr etmiş Qanbayevlər  adı  bir ömür boyu daim dərin hörmətlə çəkiləcək, onların  əziz və unudulmaz  xatirəsi  xalqımız, dövlətimiz  tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir. 

Çox şadam ki, bu gün Azərbaycan polisin fəaliyyəti  xalqımız tərəfindən razılıqla qarşılanır. Vətəndaşlarımız  Polisə daha çox arxalanır. Çünki,  öz hüquqlarının  və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər.

Polis  əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Azərbaycanın  iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır.

Bəli, Azərbaycan polisi ölkəmizin xoş və gülərüz simasıdır.  Bunu xüsusi qeyd edim ki, biz həmişə polislərdən xoş rəftar, səmimi ünsiyyət və isti münasibət görmüşük. Təhlükəli hallarda insanların həyatını xilas etmək üçün canını belə əsirgəməyən nə qədər polis əməkdaşımız var.

Mən Azərbaycan polisi deyəndə  polis adına ləkə gətirən kimləri yox, mənim, sənin, onun üçün, hamımız üçün, Vətənimiz üçün,dövlətimiz  üçün, xalqımız üçün yaşayan, mübarizə aparan, ən riskli vəziyyətlərdə belə düşünmədən özünü irəli atan, ölümün qarşısına mərd-mərdanə çıxan çoxsaylı polislərimizi düşünürəm. Onlar mənim üçün bizi qoruyan Polisdir. Onlar hər zaman keşikdədir.

Polisi sevmək lazımdır, Polisə minnətdar olmaq lazımdır. Polis bizim keşikçimizdir, bizə xidmət edir. İnsanlar polisə güvənməli və polislə bir olmalıdır.  Azərbaycan polisi  asayişin və qanunçuluğun keşiyində  möhkəm dayanmışdır.

Biz bu əmin-amanlığa görə polislərimizə minnətdarıq! Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək.

Mətbuat olaraq, kollektivimiz  və  bütün  həmkar jurnalistlərimiz  adından Azərbaycan Polisini peşə bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirik.  

Sizlərə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan  xalqına,  dövlətinə yorulmaz  xidmətlərinizdə  və  şərəfli  peşənizdə  uğurlar  arzulayırıq!

Aybəniz ABDULOVA,
“Azia.az”- ın(“Azərbaycan İnformasiya Agentliyi”)
Xüsusi Müxbiri


Abunəlik