Qalmaqallı polis rəisi vəfat etdi

Baxılıb:145
Qalmaqallı polis rəisi vəfat etdi

2016-cı ildə arvadının dələduzluğa görə həbs edilməsi ilə gündəmə gələn polis mayoru Mahir Əkbərov vəfat edib.
Qaynarinfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Əkbərovun arvadı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, arvadı Leyla Əkbərova isə 2017-ci ildə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir