QALMAQAL BÖYÜYÜR – Jurnalist Mirismayıl Xələflidən Tolikə sərt cavab: “Səni savadsız kütlə Tolik edib!”

Baxılıb:1120
QALMAQAL BÖYÜYÜR – Jurnalist Mirismayıl Xələflidən Tolikə sərt cavab: “Səni savadsız kütlə Tolik edib!”

44 günlük vətən müharibəsində, umumiyyətlə Qarabağ savaşında neçə-neçə Maxelərimiz qəhrəmancasına şəhid oldu ki, sən Tolik bu gün onları dövlətin kəbinli arvadı adlandırasan?

Səni qınamıram çünki, sən bizlərin zəif nöqtəsin tutmusan☹

Səni bizlər, savadsızlığımız ucbatından toxunulmaz etmişik😔

Yani maxelərimizə söz demək, toxunmaq, sataşmaq, alçatmaq olar amma sənə yox.

Çünki, sənin həm pulun var həmdə adamın!

Səni bizlər, bilmiyərəkdən, cahilliyimiz ucbatından Tolik etmişik!

Səni savadsız kütlə Tolik edib.

İstər əsgər olsun, istər maxe, istərsə də General, qeyrətlisi bizim baş tacımızdır.

Onlar bu dövləti, bu milləti, bu xalqı qorumaq üçün canlarından keçib şəhid olublar.

Allah şəhid olan maxelərimizə rəhmət, sağ qalanlara can sağlığı versin🙏

Bu dövlət sən Tolikin üzərində qurulmayıb.


Abunəlik