Qadınlar günü məqsədi ilə fləşmob keçirmək QADAĞAN EDİLDİ

Baxılıb:180
Qadınlar günü məqsədi ilə fləşmob keçirmək QADAĞAN EDİLDİ

Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilməsi qadağan edilib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, pandemiya bağlı məhdudiyyətlər qüvvədədir: 

“Paytaxt ərazisində hansısa məzmunda, sayda fləşmobun təşkilinə və keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir”.

Qeyd edək ki, martın 6-da “Ağ Şəhər” ərazisində bu mövzuda keçirilməsi planlaşdırılan 1200 nəfərlik fləşmob da artıq ləğv edilib.


Abunəlik