Putin Ermənistana səfər edəcək? – Moskva şərtini açıqladı

Baxılıb:48
Putin Ermənistana səfər edəcək? – Moskva şərtini açıqladı

Rusiya prezidenti Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl Moskva erməni tərəfdaşlarından müəyyən təminatlar almalıdır.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz artıq demişik, təbii ki, Ermənistanın Roma Əsasnaməsinə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə, bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həll edilməlidir, biz buna sadiqik”, – Peskov dceyib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsi ilə əlaqədar Ermənistana gəlmək məsələsində onun məsləhətinə ehtiyac duymur.

Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olub. İrəvan Roma Əsasnaməsini ratifikasiya edərək fevralın 1-də BCM-nin tamhüquqlu üzvü oldu və bu hərəkətlər Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaradıb.


Abunəlik