Göyçay polisi bayram münasibətilə şəhid ailələri və qaziləri ziyarət etdi

Baxılıb:109
Göyçay polisi bayram münasibətilə şəhid ailələri və qaziləri ziyarət etdi

Göyçayda bayram münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.


Abunəlik