Polis Qubada şagirdlərlə görüşüb- FOTOLAR

Baxılıb:203
Polis Qubada şagirdlərlə görüşüb- FOTOLAR

AzTimes.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qəşreş kənd tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin nümayəndəsi də narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.


Abunəlik