Pensiya artımları bu tarixdə ödəniləcək – DETALLAR

Baxılıb:78
Pensiya artımları bu tarixdə ödəniləcək – DETALLAR

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:

“Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

Ətraflı videoda:


Abunəlik