Nigeriyalı dəniz quldurları tərəfindən qətlə yetirilənlər içərisində həmyerlilərimiz var-FOTO

Baxılıb:813
Nigeriyalı dəniz quldurları tərəfindən qətlə yetirilənlər içərisində həmyerlilərimiz var-FOTO

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Nigeriyalı quldurların hücumuna məruz qalan türk gəmisinin kapitanı ilə əlaqə saxlayıblar.

Danışığın təfərrüatları məlum deyil. Türkiyəli nazir azərbaycanlı həmkarına gəminin ələ keçirilməsi zamanı Azərbaycan vətəndaşının ölümü ilə əlaqədar başsağlığı verib və mərhumun cəsədinin vətəninə çatdırılması üçün müvafiq tədbirlərin görüləcəyini deyib.

Türk tərəfi artıq axtarış-xilasetmə əməliyyatına başlayıb.

AzTimes.az xəbər verir ki, sosial şəbəkədə “Dənizçi” səhifəsi quldurlar tərəfindən qətlə yetirilən dənizcimizin fotolarını yayımlaýıb.”Çox təəssüf olsun ki, Dənizçi ailəsi olaraq üzgün bir gecə yaşayırıq”.

Qətlə yetirilən dənizçilərdən birinin ikinci dərəcəli mühəndis vəzifəsində çalışan Fərman İsmayılov olduğu bildirilir.


Abunəlik