Neytral zonada vurulan əsgər dəfn edildi FOTO, YENİLƏNİB II

Baxılıb:233
Neytral zonada vurulan əsgər dəfn edildi FOTO, YENİLƏNİB II

Ramin Abdulrəhmanovun cənazəsi ailəsinə təhvil verilib

Azərbaycan Milli Ordusunun əsgəri, Azərbaycan-Ermınistan cəbhə xəttinin neytral zonasında düşmən tərəfin gülləsinə tuş gəlmiş Ramin Şövkət oğlu Abdulrəhmanov Quba şəhər qəbristanlığında dəfn edilib. Əsgərlə vida mərasimi onun yaşadığı evdə baş tutub.

Dəfn mərasimində əsgərin yaxınları ilə yanaşı, Quba ih başçısı Ziyəddin Əliyev, ictimaiyyət nümayəndələri, sakinlər, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, əsgərin ailə üzvləri və qəsəbə sakinləri, qulluq etdiyi hərbi hissənin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəsmiləri, o cümlədən PA rəsmisi Habil Əzməmmədov da iştirak edib.

Xatırladaq ki, Ramin ailənin 2-ci övladı olub.

Saat 12:15

Ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi ailəsinə təhvil verilib. Hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.

Cənazə bu gün dəfn ediləcək.

Saat 08:55

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi neytral zonadan götürülüb. İstiPress-in Şimal bürosunun məlumatına görə Qırmızı Xaçın köməkliyi ilə alınan meyit bu gün hərbi qulluqçunun doğulduğu Qubanın Qırmızı Qəsəbə yaşayış massivinə aparılacaq.

2019-cu il in yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən hərbi xidmətə çağrılan Ramin Abdulrəhmanovun nəşi günün birinci yarısında ailəsinə təhvil veriləcək. R.Abdurəhmanov bu gün dəfn ediləcək. Ramin Abdulrəhmanov

/AzTimes.az /      İstinad:istipress


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir