Naxçıvanın da təmsil olunduğu beynəlxalq sərgiyə Ermənistan niyə qatılmadı?-Açıqlama

Baxılıb:165
Naxçıvanın da təmsil olunduğu beynəlxalq sərgiyə Ermənistan niyə qatılmadı?-Açıqlama

Xəbər verdiyimiz kimi Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” keçirilir.
Artıq onuncu ildi keçirilən sərgidə bu il xaric, hər il Ermənista iştirak edib.

Lakin bu il Azərbaycan Respublikası ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası stendi ilə həmin sərgidə təmsil olunub.
Ermənistanın bu ilki sərgiyə qatılmamasının səbəbini NAXCİVANXEBERLERİ.COM-a siyasi ekspert Samir Adıgözəlli şərh edib.
Samir Adıgözəlli:”Ermənistan bu il öz yalançı və olmayan mədəniyyətini, turizmini Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən ifşa olunacağından qorxduğu üçün bu il sərgidə iştirak etməkdən imtina edib”.
Bildirib ki, uzun illərdir Türkiyə Respublikasının Qars, İğdır, Van və başqa bölgələrində ermənilər diaspor adı altında öz məkrli siyasətini həyata keçiriblər. Lakin artıq bir ildir ki, Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi tərəfindən adı çəkilən bölgələrdə bir sıra tədbirlər keçirilir. Erməni yalanları ifşa olunur. Təkcə ötən ay Akdamar kilsəsində keçirilən tədbir Akdamarın erməni kilsəsi olması iddiasını boşa çıxartdı. Sübut olundu ki, Akdamar erməni yox xristian mənşəli türk xalqlarının məbədidir.
Hazırda keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə ermənilər 9 il saxta, oğurluq və olmayan tarixini, mədəniyyətini təbliğ edib. Artıq 10-cu ildir keçirilən sərgidə biz buna imkan vermədik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin dəstəyi ilə bura gələn nümayəndə heyəti ölkəni layiqincə təmsil edir.
Qeyd edim ki, bu dəfə keçirilən sərgidə ölkəmiz tərəfindən Naxçıvan Muxtar Respublikası stendinin və İrəvan xanlığının bayrağının sərgilənməsi ermənilərə bir göz dağıdır. Bu sərgi bir daha göstərdi ki, illərdir ermənilər tərəfindən saxta, əsassız olan Naxçıvan iddiaları boş xülyadan başqa birşey deyil.
Türkiyə Respublikasında, xüsusilə bu bölgədə erməni yalanlarının üzə çıxarılmasında TÜMKİAD, ASİMDƏR və başqa təşkilatlar tam təmənnasız olaraq bizə dəstək göstərir.
Qeyd edək ki, Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin iştirakı ilə bir qrup nümayəndə heyəti təmsil edir.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir