Hər an təhlükə ilə üz-üzə qalan “mələklər”-114 saylı uşaq bağçası təmirini gözləyir

Baxılıb:966
Hər an təhlükə ilə üz-üzə qalan “mələklər”-114 saylı uşaq bağçası təmirini gözləyir

Uşaq bağçaları bir vətəndaşın cəmiyyət üçün yetişdirilməsində ilk pillədir. İlk tərbiyə, cəmiyyətə adaptasiya, ilk biliklər bağçalardan başlanır.  Bu gün Azərbaycanda onlarla bağça fəaliyyət göstərir. Onlardan əksəri yüksək səviyyədə təmir olunub. Amma elə bağçalar da var ki,  təhlükə saçır. Ən acınacaqlısı isə odur ki, belə bağçalara tək regionlarda deyil,  Bakının özündə də rast gəlmək olur. Bu gün  Nəsimi rayonunda yerləşən uşaq bağçasından söz açacağıq.  1964-cü ildə istifadəyə verilən bina yağışa , borana, şaxtaya tab gətirərək  neçə illərdir ki, sinə gərir.

Hal-hazırda bağçada 73 körpə tərbiyə alır.   Kollektivi 23 nəfərdən ibarət bağçada  8 qrup otağı, 3 əlavə istifadə otağı mövcuddur.  Acınacaqlı şəraitə baxmayaraq burada  mütəmadi tədbirlər təşkil olunur, balacaların vaxtlarını səmərəli keçirilməsi, dünya görüşlərinin artırılması üçün əyləncələr keçirilir. Şəraitsiz olmasına baxmayaraq mətbəx və otaqlarda təmizliyə yüksək səviyyədə rəayət olunur.  Bağçanın güclü təmirə ehtiyacı var. Lakin təmir olunmur. Səbəb isə burada 11 məcburi köçkün ailəsinin yaşamasıdır.  Onların yeni mənzillərə köçürüləcəyi vaxt hələ  naməlum olaraq qalır.

Vüsalə Əliyeva 2017-ci ildə etibarən buraya müdir təyin edilib. Vüsalə xanım qeyd edir ki, bağçanı valideylərin  də dəstəyi ilə saxlayırıq. O, deyir ki, bir neçə həftə sonra  qış mövsümü başlayacaq. “Otaları qızdırmaq üçün hələ də sovet döründə quraşdırımış ceyran peçindən istifadə olunur.Bu isə həm körpələr üçün , həm də köhnə tikili üçün təhlükəlidir. Buna görə də biz valideynlərin dəstəyi və şəxsi hesabımıza  kombi sistemi quraşdırılması üçün tədbirlər görürük. Bağçamızda  mütəmadi olaraq tdbirlr keçirilir . Binanı şəraitsiz olması bizim körpələrimizə həyati biliklərin öyrədilməsinə, onlarla mütəmadi məşğul olunmasına mane ola bilməz”.

Körpələr bizim qarantımızdir. Müəllimlərimiz, həkimlərimiz, pilotlarımız, texnoloqlarımız…. siyahını artırmaq olar.Sağlam mühitdə yetişən vətəndaş cəmiyyətə daha yararlı olar. Uşaq baxçasında yaımdan üzümə gülümsyrək keçən körpələr arasından bəlkə də qələbə  bayrağımızı müqəddəs toraqlara sancacaq igid baxır mənə? Çigizimiz,Müşfiqimiz, Talehlərimiz yetişir? Onları rahatlığını təmin edək.

Ardi var….

Pərvin Abıova /Aztimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir