Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı – Yeni təyinatlar

Baxılıb:144
Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı – Yeni təyinatlar

Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi Səyahət İmanov işdən azad olunub. 

Bununla bağlı sərəncam imzalanıb.

Artıq bu vəzifəyə yeni təyinat da var. Belə ki, Zəka Seyidov Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Həmçinin Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi də vəzifəsindən azad olunub. Bununla bağlı müvafiq sərəncam verilib. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi İlham Rüstəmli işdən çıxarılıb.

Artıq onun yerinə təyinat da olunub.

Belə ki, Arzu Qurbanov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.


Abunəlik