Naxçıvan DİN taksi şirkətinin iddialarına aydınlıq gətirib

Baxılıb:175
Naxçıvan DİN taksi şirkətinin iddialarına aydınlıq gətirib

Naxçıvanda yeni fəaliyyətə başlayan *8777 taksi şirkətinə qarşı təzyiqlərin olması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildirilib ki, *8777 taksi şirkətinin muxtar respublika üzrə təmsilçisi kimi özünü təqdim edilən V.Babayev barəsində daxil olan çoxsaylı müraciətlər əsasında onun digər taksi sürücülərinə qarşı qeyri-qanuni hərəkətlər törətməsi müəyyən edilib.

Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin 25 sutka barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa şirkətin rəhbəri Həsrət Paşayevin Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərini təhdid etməsi ilə bağlı əlavə müraciətlər də daxil olub. Sürücülər həmin səsli təhdid ismarışlarını polis orqanına təqdim ediblər. Hazırda araşdırmalar davam etdirilir.


Abunəlik