Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı

Baxılıb:192
Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Kolanı kənd sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.    

Onun üzərinə  keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə soyğunçuluq məqsədi ilə qanunsuz daxil olmaq istədiyi də müəyyən edilib.R.Novruzov barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Abunəlik