Nadir Qafarzadənin fəxri ad davası:” Haqqımı tələb edirəm”

Baxılıb:293
Nadir Qafarzadənin fəxri ad davası:” Haqqımı tələb edirəm”

Müğənni Nadir Qafarzadə fəxri ad almadığı üçün qəzəblənib.

AzTimes.az musavat.com-a istinadən bildirir ki, müğənni ad alan həmkarlarını təbrik edikdən sonra sərt fikirlər səsləndirib:
“Həmkarlarımı təbrik edirəm. Azərbaycan vətəndaşı olduğum üçün utanıram. Haqsızlıq var. Hər zaman tanışlıq, day-daylar işə yarayıb. Bunlar düzəlməyəcək”.

Müğənni daha sonra sözügedən videosunu silərək yeni açıqlama yayıb:

“Mən keçmiş Mədəniyyyət nazirinin müavinin yanında olanda mənə dedi ki, səni mənə heç kim tapşırmayıb və kimə nə vaxt fəxri ad verəcəyimizi özümüz bilərik. İllərin sənətkarıyam. Hər yerdə təmənnasız konsertlərim olub. Haqqımı tələb edirəm. Düşünürəm ki, mənim səsimi lazımi orqanlar eşidəcək”.


Abunəlik