Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlama ilə bağlı açıqlama verdi

Baxılıb:149
Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlama ilə bağlı açıqlama verdi

 

Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumatara aydınlıq gətirib.
MN Göyçayda həyətə üzərində şar olan plastik qabın düşməsinə aydınlıq gətirib.
AzTimes.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb: “Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir