Milli medianı qoca ideoloqa calamayın…
Azərbaycan milli mediasını, onun bir ordunu ardıyca aparacaq simalarını, illər öncə düzgün olmayan ideoloji xəttə, Sorosa, xarici səfirliklərə, beynəlxalq donor təşkilatlara, dövlətin içində aryı-ayrı oleqarxlara, rusa, erməniyə, farsa, Avropaya, para qarşılığı, mənəviyyatsızlıq qarşılığı kimlər təhvil verdisə, indi də proses onların əli ilə aparılır. Dövlətə milli medianın bircə ovuc salamat qalan siması barədə son dərəcə eybəcər təqdimatlar edilir, oyunlar qurulur.
İndi bunu necə edirlər? Bu dəfə də gedən adı bəlii “qoca ideoloqun” başına cəm olur incik və ehtiyaclı köhnələr-milli media adamları deyirlər. Guya həmin nəsil onun yetişdirməsidir.
Əslində həmin nəslin bu gün bircə ovuc adamı var ki, hər kəsdən çox, dövlətinin maraqlarına çalışır. Ancaq kimlərsə, niyəsə çalışır, məsələni ora yönəltsinlər ki, dövlətin o bir ovucla da bağı qoparılsın. Deyirəm biləsiniz, hədəflədiyiniz o vətənpərvər imzaların, jurnalistlərin, insanların şəxsi maddi durumlarından, düşdükləri haqsız vəziyyətdən nazarılığı ola bilər. Amma əsla və əsla satqın, deyildir. Çünki fərdi və dövlət maraqları arasındakı incə sərhəddi dəqiq bilirlər. Çünki Azərbaycanın faciələrini məhz yaşayanlardırlar, haradansa oxuyanlar deyillər. Beynində, ruhunda və əqidəsində milli kod daşıyanlar üçün dünya binə olandan həyat çətin olub. Yəni kökünü qazımaq istədiyiniz o bir ovuc, əslində sözün şəhididir. Və istəklərdənasılı olmayaraq milli media tarixində yüz il sonra məhz onların yazdıqlarına istinad ediləcək. Umaram dövlət bu ədalətsiz və xəyanətkarlıqdan başqa heç nə ifadə etməyən oyunu anlayacaq, durduracaq və hər kəsə layiq olduğu dəyəri, yeri göstərəcək.
Bu arada, dünən cəmi bir media quruluşunun məsələyə reksiyasını gördüm. İndi çox maraqlıdır, başqa media quruluşu yoxmu məmləkətin? Və məsələn, mövzu milli medianın gələcəyi yox, dövlətin və ya kiminsə pulqabından para götürmək olsaydı, ora neçə əl uzanardı görəsən?!
Və yeri gəlmişkən, milli media niyə sərfəli deyil?
Sirr deyil bu gün “Turan”ın mövcudluğu, “Şuşa bəyannaməsi”nin gələcəyi, Qarabağın diplomatik masadan Azərbaycanın maraqlarına uyğun düşürülməsi, regionda real gücə dönüşmə, postsovet ölkələrinin türk respublikalarının bir ayara gətirilməsi, İran, Rusiya və Ermənistanla bağlı bir çox məsələlərdə Azərbaycan hədəfdir. Və bu sadalananlar həm də Azərbaycan üçün milli məsələlərdir. Bu mövzuların milli məsələ olması, milli ideoloji kursu isə ancaq milli təəssübü olanlar danışa, xalqı yönəldə bilər. Bu gün ölkədə məhz o baş verir. Dövlət-xalq bağlantısının qırılmamasının yeganə səbəbidir milli media, milli güclərdir.
Əgər o milli media və güc olmasa bu bağ birmənalı olaraq, həm də çox rahat qopardılacaq. Ondan sonra, Azərbaycan dövləti dünyanın ən bahalı TV kanalları, media quruluşları üzərindən piar başlatsa beə öz ictimai rəyinə təsir edə bilməyəcək.
Yeri gəlmişkən, 2022-ci il, fevralın 2-də, gənclər günü münasibəti ilə bir qrup gənclə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev şəxsən bu etirafda bulundu və yuxarıdakı fikirləri məhz o çıxışdan doğan qənaətlərdir. Prezident qeyd etdi ki, Milli Qəhrəman Polad Həşimov başda olmaqla, digər qəhrəman, vətənpərvər oğullarımızın şəhadəti xalqın müharibə əzminin güclü və sarsılmaz olmasına, milli ruhun oyanmasına təkan verdi.
Bəli, kasıb, incik, yorğun xalq yatmış şir idi, bu oyanışla, bütün fərdi maraqlarını kənara itələdi, dövlətinin müharibə əmrinə dəstək oldu.
Odur ki, birmənalı anlamaq gərək. Bu günə və dünəni silməklə, gələcək qurmaq olmaz. Bu köksüz, fundamentsiz oturma olacaq və bircə mehə yerlə bir ediləcək.
Bu arada, Almaniyada bürosu bağlanan Rusiyanın, Kremlin qeyri-rəsmi sözçüsü Marqarita Somonyan, bu günlərdə prezident Putinə minnətdarlığını bildirib. Səbəb, onun Almaniyadakı ofisinin bağlanmasının qarşılığında, Rusiyada alman dərgilərindən birinin Moskva ofisini bağlamaq göstərişini verməsidir. Yəni, milli maraq, təəssüb budur. Bəli, Marqarita ermənidir. Amma ermənilər Rusiyanın öz məqsədləri üçün dünya ilə illər öncə razılaşdırdığı siyasi projesidir həm də. Yəni Putin Marqaritanı yox, Rusiyanın milli maraqlarını dəstəklədi. Belə dəstəyi Azərbaycana şiddətlə arzu edir və umuram.
Jalə Mütəllimova
04.02.2020