Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Baxılıb:156
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

Aztimes.Az-ın məlumatına görə, bu vəzifə Elxan Əzizova həvalə edilib.

Elxan Əzizov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi” ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif beynəlxalq kursları, eləcə də “Global Innovation Catalyst LLC” (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi “Biznesin idarəedilməsi” kursunu uğurla bitirib.

Nərimanov Rayon İcra Hakimiyyətində əmək fəaliyyətinə başlayan Elxan Əzizov, “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, RİNN-in Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifələrində çalışıb

Qeyd edək ki, 22 dekabr 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi “AzInTelecom” MMC-yə birləşdirilməklə “AzInTelecom” MMC yenidən təşkil edilib.


Abunəlik