Milli Məclis TƏSDİQLƏDİ – Bu şəxslər 20 manat CƏRİMƏLƏNƏCƏK

Baxılıb:116
Milli Məclis TƏSDİQLƏDİ – Bu şəxslər 20 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.

Aztimes.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda bu müddət 24 saatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Abunəlik