“Milli Fədailər Hərəkatının” “başqanı” şəhid ailələrini təhqir etdi-FOTO

Baxılıb:553
“Milli Fədailər Hərəkatının” “başqanı” şəhid ailələrini təhqir etdi-FOTO

AzTimes.az xəbər verir ki, Milli Fədailər Hərəkatı”nın sədri Fuad Muradov şəhid ailələrini təhqir edib. Fuad Muradov bu barədə şəxsi “Facebook” hesabında məlumat verib.
“AXCP, polislər niyə şəhid anasını mitinqdə sürüyür? Cavabım belədir: şəhid anası hökümətdən pensiya alır, şəhid anası hökümətdən ev alır, şəhid anası yerli icra hakimiyyətlərindən torpaq alır, yazılmış qanunlardan kənar müəyyən güzəştlər alır, milli-mənəvi dəyərlərimiz siyahısında başda olur. Bütün bunlardan sonra qazaxlılar demiş: “Şəhid anası mitinqlərdə nə “ATDIRIR”?”.
O, bildirib ki, şəhid anaları və ailələrinin hakimiyyət tərəfindən sosial məsələləri qarşılanırsa, nə üzlə hökümətə qarşı şüar səsləndirirlər: “Deməli, oğlu mərdlik, kişilik simvolu olubsa, ailə xəyanət etməlidir? Əsl şəhid anaları öz dəyərlərini qoruyub, saxlayır və o anaların əllərindən öpürük. Mitinq və ya digər siyasi marginallaşmış quruplarda ki, geydirmə şəhid anaları xalqa xəyanət edir”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir