Millət vəkillərindən Türkiyəyə DƏSTƏK

Baxılıb:414
Millət vəkillərindən Türkiyəyə DƏSTƏK

AzTimes.az xəbər verir ki, bir qrup millət vəkilləri qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı şəxsi Facebook hesabları vasitəsi ilə Türkiyəyə dəstək nümayiş etdiriblər. Onların bir qismini sizə təqdim edirik:

– Qardaş Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa şəhərlərində baş verən təbii fəlakət məni çox sarsıtdı. Zəlzələ nəticəsində həlak olan çox saylı soydaşlarımıza Uca Tanrıdan rəhmət, qardaş Türk xalqına səbr, yaralananlara şəfa diləyirəm.Acınız acımızdır!Başımız sağ olsun Türkiyəm!

Fəzail Ağamalı, Millət Vəkili, Ana Vətən Partiyasının sədri.

-Gecə saatlarında Qardaş Türkiyədə 7.4 bal gücündə zəlzələ baş vermişdir. Güclü zəlzələ nəticəsində insan təlafatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Artıq Türkiyə dövləti şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Dördüncü səviyyədə həyəcan verilib. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan yaralılara tez bir zamanda şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.

Millət vəkili Tamam Cəfərova

-Türkiyədə 7.4 bal gücünde zəlzələ olub, dağıntılar var.Keçmiş olsun Türkiyəm !Zəlzələ nəticəsində həyatlarını itirmiş insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Dualarımız Sizinlə !

Millət vəkili Ülviyyə Həmzəyeva

-Türkiyədə baş verən zəlzələdən dolayı çox üzüldük. Ölənlərə rəhmət, yaralılara acil şəfalar diləyirəm. Başın sağ olsun Türkiyəm! Sizin üçün Uca Allaha dualar edirik!

Milli Cəbhə Partiyası – MCP Razı Nurullayev


Abunəlik