Millət vəkilinin numayəndəsi şəhidin məzarını ziyarət etdi-FOTOLAR

Baxılıb:352
Millət vəkilinin numayəndəsi şəhidin məzarını ziyarət etdi-FOTOLAR

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhidimiz Cəbizadə Əbil Qadir oğlunun anım günüdür. Cəbizadə Əbil 26.02.1993-cü il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Zoğalbulaq kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq 14.10.2020- ci il tarixində şəhid olmuşdur.

Cəbizadə Əbil Qadir oğlu ön cəbhəyə gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “ Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Cəbizadə Əbil Qadir oğlunun məzarına gül dəstələri düzərək şəhidin əziz xatirəsini yad edib.

Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir, hər zaman qürur və ehtiram hissi ilə yad etdiyini bildirib. Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir.
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

AzTimes.az


Abunəlik