Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçiriblər

Baxılıb:83
Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçiriblər

Millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov rayonun #Mirikənd kəndində birlikdə növbəti #səyyarqəbul keçiriblər.

Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
Sakinlərin müraciətləri əsasən zəlzələdən zərər çəkmiş evlərin təmiri, içməli su təminatı , məşğulluq və digər məsələləri əhatə edib.
Görüşdə iştirak edən kənd sakinlərinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi diqqətlə dinlənilib. Vətəndaşların qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılması, eləcə də, vətəndaşların problemlərinin #həllini tapması millət vəkili Tamam Cəfərovanın fəaliyyətinin #prioritet istiqamətlərindən birini təşkil edir.

MilliMəclis #deputat #TamamCəfərova #TamamJafarova #Şamaxı #85saylıseçkidairəsi #qəbul #Vətəndaş #fəaliyyət #səyyarqəbul


Abunəlik