Millət vəkili şəhid Ramiz Cəfərovun anım günündə iştirak etdi- FOTOLAR

Baxılıb:245
Millət vəkili şəhid Ramiz Cəfərovun anım günündə iştirak etdi- FOTOLAR

Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Cəfərov Ramiz 10.12.1974-cü il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 06.11.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.

Ramiz Cəfərov 2016-cı ildə tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Şuşa rayonu istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.

Ramiz Cəfərov son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək, döyüş bölgəsində noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova “Vətən Müharibəsi Qəhrəmanı” adı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
AzTimes.az xəbər verir ki, millət vəkili Hicran Hüseynovanın şəhidimiz Ramiz Cəfərovun il məradimində iştirak edərək dərin hüzünlə baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanaraq hər zaman xüsusi diqqət və qayğının göstəriləcəyini bildirərək şəhidin əziz xatirəsini yad edib.
Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və qazilərimizə göstərdikləri diqqətdən danışılıb.
Daha sonra isə igid oğullarımızın mərdlik və qorxmazlıqlarından, torpaq vətən üçün canlarından keçməyə hər zaman hazır olduqlarını və bunu da bütün dünyaya göstərdiklərini, cənab Ali Baş Komandan İlham Əliyevin 44 gün ərzində göstərdiyi uğurlu siyasəti, məğrur duruşu və hərkəsin maraq dairəsinə səbəb olan çıxışlarından danışılaraq dövlətimizin və prezidentimizin daima yanında olacaqlarını bildiriblər.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib.
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.


Abunəlik