Mehdi Səlimzadədən təqdirəlayiq qərar-Göyçay küçələri zibillikdən təmizlənməyə başladı-VİDEO

Baxılıb:178
Mehdi Səlimzadədən təqdirəlayiq qərar-Göyçay küçələri zibillikdən təmizlənməyə başladı-VİDEO

Son vaxtlar Göyçay şəhərinin küçə və prospektlərində tullantıların götürülməsi istiqamətində yol verilmiş nöqsanlar, bu sahəyə aid olan təşkilatın işində olan yarıtmazlıq, rayon rəhbərliyini ciddi tədbirlər görməyə vadar edib.

AzTimes.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimi Mehdi Səlimzadə sanitar-təmizlik idarəsinin rəisi Loğman Əliyevi işdən azad edrək qısa zaman ərzində rayonda təmizlik və səliqə-sahmanın bərpa edilməsi ilə bağlı ciddi tapşırıqlar verib.

Bu gün küçələrdə təmizlik işləri aparılıb, yol kənalarına qalaqlanmış zibillərin daşınması üçün işçi qüvvəsi və texnika cəlb olunub.

Lakin Göyçayın problemi zibilliklə bitmir. Bir neçə gün öncə Göyçay sakinləri tərəfindən keçirilmiş aksiyada rayonun su problemi ortaya atılmışdı. Bununla yanaşı bu gün sosial şəbəkələrdə kütləvi şəkildə yayılan videogörüntülərdə  Şəhərin mərkəzindəki parkda böyük ağacların aftafa ilə sulanması əks edilirdi. Bu isə əhalinin suya tələbatından xəbər verir. Ümid edirik ki, icra hakimi bu məsələyə də tezliklə əncam çəkəcək və biz bunu da saytımızda geniş şəkildə işıqlandıracağıq.

Fatimə Mövsüm /AzTimes.az, Göyçay/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir