Makron saatlar öncə bu foto ilə mesaj vermişdi – Moskvadakı teraktla bağlı ŞOK İDDİA

Baxılıb:97
Makron saatlar öncə bu foto ilə mesaj vermişdi – Moskvadakı teraktla bağlı ŞOK İDDİA

“Krokus Siti Holl” konsert zalında baş verən atışma və yanğında Fransa xüsusi xidmət orqanlarının iştirakı ola bilər.

Bu barədə hərbi politoloq, Rusiya Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnik-leytenantı Oleq İvannikov bildirib.

“Fransa xüsusi xidmət orqanlarının bu terror aktının təşkilində iştirakı bu gün böyük şübhə doğurur. Məhz bu gün səhər saatlarında Fransa prezidenti Emmanuel Makronun bütün gücü ilə yumruq torbasına vurduğu fotosu dünya mediasında yayılıb. Bu, Rusiya üçün birbaşa təhlükə kimi qiymətləndirilə bilər. Mən bugünkü terror aktını bu fotoşəkillə əlaqələndirirəm”, – Oleq İvannikov bildirib.

Onun sözlərinə görə, Qərb artıq Rusiyaya qarşı hücumlarda birbaşa iştirakını etiraf edib. “Əlbəttə ki, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçiriləcək. İştirakçılar, habelə onların cinayət yerinə gedən yolları və qaçış yolları müəyyən ediləcək. Vətəndaş cəmiyyətimiz hələ tam dərk etməyib ki, biz iki ildir antiterror əməliyyatı rejimindəyik və bütün Avropa bizimlə vuruşur, Ukraynanın demək olar ki, bütün müttəfiq ölkələrindən Belqorod vilayətinə muzdlular göndərir. Bu, onun göstəricisidir ki, biz nəhayət birləşməli və terrorizmə və Ukraynanın deazifikasiyasına qarşı birgə mübarizə aparmalıyıq”, – ekspert qeyd edib.

Ehtiyatda olan polkovnik insanları ayıq-sayıq olmağa, özlərinin və yaxınlarının təhlükəsizliyinə nəzarət etməyə çağırıb. “Rusların kütləvi tədbirlərə getməməsi və xüsusilə də ətrafdakılara qarşı ayıq-sayıq olması məsləhətdir. Əsas odur ki, orta məktəblərin və uşaq bağçalarının təhlükəsizliyini təmin etməkdir, çünki bu, hər bir Rusiya vətəndaşı üçün uşaqların cəmləşdiyi ən vacib məkandır. Ona görə də mən xüsusi olaraq təhsil müəssisələrinə diqqət yetirərdim”, – İvannikov yekunlaşdırıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdə boks məşqinin şəkillərini yayıb. “Daily Mail”-in yazdığına görə, bu, özünü Avropada Rusiya prezidenti Vladimir Putinə qarşı çıxan güclü lider obrazında göstərməkdir.

Qeyd edək ki, “Krokus Siti Holl”da konsert zamanı terror aktı baş verib. İlkin məlumata görə, avtomatla silahlanmış 5 terrorçu giriş qapısından atəş aça-aça binaya daxil olub və qarşılarına çıxanı öldürüblər.

FTX 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirir. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 130-u keçib.

“Krokus”da teraktdan sonra partlayş da baş verib və binada güclü yanğın davam edir.


Abunəlik