” Məhkəməyə verilmə səbəbini anlamağa çətinlik çəkirəm”-Bu gün Əvəz Zeynallı hakim qarşısına çıxacaq

Baxılıb:167
” Məhkəməyə verilmə səbəbini anlamağa çətinlik çəkirəm”-Bu gün Əvəz Zeynallı hakim qarşısına çıxacaq

Son günlər media gündəmini məşğul edən və bizləri heyrətə gətirən məsələ  “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının  Azərbaycan Dillər Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən məhkəməyə verilərək on min manat təzminat tələbi irəli sürməsi oldu. AzTimes.az saytı olaraq Əvəz Zeynallı ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istədik.” Kamal Abdulla məhkəməyə verib. Hələ də niyə verib anlamağa çətinlik çəkirəm.”

Əvəz Zeynallı universitetdə bir neçə işçinin işdən uzaqlaşdırılması ilə bağlı xəbərin  saytda istinadən yayımlandığını bildirdi. Kamal Abdullanın jurnalistika fakültəsinin sabiq dekanı  Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyeva ilə yanaşı onun da məhkməyə verilərək təzminat tələb etməsini əsassız saydığını deyən jurnalist “1 avqust 2019-cu il tarixinə təyin olunmuş məhkəmədən gözləntiniz nədir?” sualına “Qərarsızam. Azərbaycan məhkəmələrindən heç vaxt ədalət gözləmirəm. Amma bu qədər öz başnalıq olmaz. Mən sona kimi mübarizəmi davam etdirəcəm.”deyə cavab verdi.

Nəzərinizə çatdıraq ki, Əvəz Zeynallı  Binəqədi Rayon Məhkəməsində 1 avqust saat 16:10 -da hakim qarşısına çıxacaq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir