Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular

Baxılıb:96
Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular

Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik