Keçmiş polis öldürüldü

Baxılıb:425
Keçmiş polis öldürüldü

Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.

AzTimes.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. “Cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib”, – deyə DİN-in məlumatında qeyd olunub. Qeyd olunub ki, A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində serjant kimi xidmət edib. Araşdırmalar davam etdirilir.


Abunəlik