İrəvanın Bakıya göndərdiyi yeni təkliflər paketində nələr var? – Erməni deputatlar açıqladı

Baxılıb:101
İrəvanın Bakıya göndərdiyi yeni təkliflər paketində nələr var? – Erməni deputatlar açıqladı

Ermənistan-Azərbaycan danışıqlar prosesində ciddi dəyişiklik yoxdur. 

Bu barədə Ermənistan parlamentinin müxalifətdəki “Hayastan” fraksiyasından olan deputatları Qeqam Manukyan, Kristin Vardanyan, Artur Xaçatryan və Anna Qriqoryanın bəyanatında deyilir.

Parlamentarilər Azərbaycana göndərilən yeni təkliflər paketini öyrəndikdən sonra bu qənaətə gəliblər. Onlar əmindirlər ki, Ermənistan əlavə təhlükəsizlik təminatları almayacaq və sənəd Azərbaycanın əldə etdiyi uğurları daha da möhkəmləndirəcək.

Bu arada Ermənistan Xarici İşlər Nazirliyi deputatların bəyanatına reaksiya verib. Nazirlikdən bildirilib ki, deputatlar məxfi məlumatları açıqlamaqla Bakı ilə danışıqlar prosesini təhlükə altına salırlar və məsələ araşdırılır.


Abunəlik