İki qardaş faciəsi-Yevlaxda iki qardaş…

Baxılıb:781
İki qardaş faciəsi-Yevlaxda iki qardaş…

Yevlax şəhəri ərazisində – Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib. 

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb. 

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Abunəlik