Hövsanda əməliyyat keçirilib, tapança aşkarlanıb

Baxılıb:181
Hövsanda əməliyyat keçirilib, tapança aşkarlanıb

Hövsanda əməliyyat keçirilib, tapança aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının əldə etdiyi məlumat əsasında Hövsan dəmiryolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bərdə rayon sakini Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik