Hirkan Milli Parkında yarış keçirildi

Baxılıb:153
Hirkan Milli Parkında yarış keçirildi

AzTimes.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyin “Tədbirlər Planı”na əsasən Hirkan Milli Parkında mütəmadi olaraq insanları marifləndirmək məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Son 3 ay ərzində Milli Parkda təbiət qoynunda “Velo yürüş”, “Həvəskar balıq ovu” tədbirləri və “Dünya Milli Parklar və Qoruqlar günü” münasibətilə açıq qapı günü keçirilmişdir.
30 yanvar 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hirkan Milli Parkı ilə birgə təşəbbüsi ilə Hirkan Milli Parkın inzibati binasından Xanbulan gölün ətrafında yaradılmış seyr meydanına kim “Atla sağlam həyat sürək, ekologiyanı qoruyaq” devizi altınada həvəskar at yürüşü aksiyası keçirilmişdir.
Hirkan Milli Parkının direktoru Azər Mirzəyev  saytımıza bildirir: “Bu yürüşü keçirtməkdə məqsədimiz cənub bölgəsində ekoturizmi inkişaf etdirmək, insanların öz asudə vaxtlarını təbiət qoynunda səmərəli keçirmək, insanla təbiət arasında bağlılıq və vəhdət yaratmaq, insanlara təbiəti sevdirmək, təbiətdən düzgün istifadə etmək, cənub bölgəsində ən böyük problemlərdən biri olan erkən nigaha son qoymaqdan ötrü xanım çaparların tədbirdə iştirakını təmin etmək və s. bu kimi məsələləri cəmiyyətdə təbliğ etmək, bir sözlə cəmiyyətimizin diqqətini Hirkan Milli Parkına yönəltməkdir.
Bundan əlavə at çapmaq sağlamlıq, vətənpərvərlik və igidlik rəmzidir. Sağlam ruh insanda sağlam fikirlər, düşüncələr və vətənpərvərlik hissi yaradır. Ona görədə bu cür tədbirlərin keçirilməsi insanların cəmiyyətdə sağlam formalaşmasına müsbət təsir göstərir.”
Sözü gedən aksiyada Hirkan Milli Parkının əməkdaşları, Lənkəran rayon ictimayəti, turizim şirkətləri ilə yanaşı yaxın rayonlardan da həvəskar at sürənlər də dəvət olunmuşlar.
30 yanvar 2020-ci il tarixində baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilmişdir. At yürüşündə 3-ü qadın olmaqla 92 at və çapar Hirkan Milli Parkının inzibati binasından Xanbulan gölün ətrafındakı ser meydanına kimi 10 km məsafəni qət etmişlər. Tədbir aşıq musiqisinin sədaları altında sona çatmış və keçirilmiş tədbirində ümümilikdə 370 nəfət iştirak etmışdir.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir