Həyəcan:Yeni virus sürətlə yayılır-176 ölü

Baxılıb:114
Həyəcan:Yeni virus sürətlə yayılır-176 ölü

Koronavirusun dünyanı təsirinə aldığı bir vaxtda yeni epidemiya yayılır.
AzTimes.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Nigeriyada “Lassa” epidemiyasından ölənlərin sayı 176 nəfərə çatıb. 932 nəfər virusa yoluxub.
Məlumata görə, hələlik virusun qarşısını almaq üçün dərman tapmaq mümkün olmayıb. Virus Nigeriyanın 29 vilayətinə yayılıb.
Qeyd edək ki, Mali, Qana, Liberiya kimi ölkələrdə rast gəlinən virus ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb.
Virus heyvandan insanlara keçib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir