Həssas dönəmdə provakasiya yaratmaq istəyənlərə sillə kimi cavab-Məhəmmədəli Qəribli yazır

Baxılıb:173
Həssas dönəmdə provakasiya yaratmaq istəyənlərə sillə kimi cavab-Məhəmmədəli Qəribli yazır

Bura Naxçıvanda yerləşən və şanı-şöhrəti bütün dünyaya yayılan, bənzərsiz müalicəvi əhəmiyyətə malik olan “Duzdağ” sanatoriyasıdır.
Koronovirusla bağlı Türkiyədən Naxçıvana keçirilən Azərbaycan vətəndaşlarının həmin sanatoriyada saxlanılmasını lağa qoyanlar, bunu işgəncəyə bənzətməyə çalışanlar da tapılıb. Anlayıram, bəziləri bunu məlumatsızlıqdan, bəziləri isə təxribat törətmək məqsədilə edir.
Bilməyənlərin nəzərinə çatdırım ki, “Duzdağ” sanatoriyası ağ ciyər və bronxit xəstəliklərinin müalicə olunması üçün dünyada anoloqu olmayan yerdir. Hər il dünyanın ən müxtəlif ölkələrindən sözügedən xəstəliklərni müalicəsi üçün minlərlə adam ora müraciət edir və gözəl nəticələrdən məmnun qalırlar.
İl ərzində mənim özümə də orada müalicə almağa kömək etməyimlə bağlı müxtəlif müraciətlər olunur. Etiraf edim ki, sifariş çox olduğundan, bəzən xəstələr oranın xidmətlərindən yararlanmaq üçün bir neçə gün gözləməli olur.
İndi bəziləri yazır ki, tələbələri mağaraya salıblar. Narahat olmayın, çox ideal və müalicəvi əhəmiyyəti olan bir yerdi və tələbələrə lazımi tibbi xidmət göstərilir. Kaş imkan olaydı, bir 14 gün də mən dövlət hesabına orda yata biləydim…

Məhəmmədəli Qəribli /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir