Göyçayın kəndlərində su, yol, məktəb problemi yaşanır

Baxılıb:126
Göyçayın kəndlərində su, yol, məktəb problemi yaşanır

 

Göyçayın Yekəxana və Şahsotanlı kəndləri orta məktəbin az olması sarıdan əziyyət çəkir.

AzTimes.az xəbər verir ki,kəndlərdə yaşayan sakinlər bildiriblər ki, bu iki kəndin cəmi bir orta məktəbi var. Həmin məktəb 9 illik olduğu üçün iki kəndin 10 və 11-ci sinif şagirdləri oxumaq üçün piyada 7-8 kilometr məsafə qət edərək Qaraməryəm kənd məktəbinə getməyə məcbur olurlar. Həmçinin, sakinlərin sözlərinə görə bu iki kəndin içməli su problemi də uzun illərdir ki, öz həllini tapmır. Kəndlərin yeganə içməli su mənbəyi dağlardan gələn bulaq sularıdır və həmin su mənbəyinə Kürdmaşı kəndindəki üzüm emalı zavodunun çirkab suları axıdılır və qara rəngə boyanan sudan istifadə etmək mümkün olmur. İnsanlar bu problemlə bağlı dəfələrlə aidiyyati qurumlara müraciət etsələr də onlara kömək edən olmayıb. Bundan əlavə sakinlər Yekəxana və Şahsoltanlı kəndlərində yolların çox bərbad vəziyyətdə olmasından sakinlərin yol və içməli su probleminin də böyük olduğunu deyiblər. Yolların bərbad vəziyyətdə olması avtomobillərin sıradan çıxmasına səbəb olur. Vətəndaşlar bu kəndlərin yollarının təmir olunmaması səbəbindən tez-tez taksi və avtobus problemi ilə də üzləşdiklərini qeyd etdilər.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir