Göyçayın deputatı seçicilərinə dəstək olurmu?

Baxılıb:178
Göyçayın deputatı seçicilərinə dəstək olurmu?

Deputat öz seçicilərinin yanındadır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısı alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə xüsusi rejim tətbiq edilmiş, profilaktik, dizinfeksiya edici və qabaqlayıcı tədbirlər davam edir. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı ərazidə yaşayan seçicilərə yardım sovqatı göndərmişdir. Şəhid Qurbanov Rövşən İntiqam oğlunun anası Sara xala ilə görüşən deputatın köməkçisi və könüllülər deputatın yardımını ailəyə çatdırıblar. 20 Yanvar şəhidi Mehman Muradovun ailəsi ilə də görüş keçirilib, qardaşı Mehdi Muradovla görüşərək deputatın tövsiyələrini və yardım sovqatı çatdırılıb.
89 saylı Göyçay-Ağdaş seçki dairəsinə daxil olan Ağdaş rayonunun kəndlərində ahıl, kimsəsiz, tənha seçiciləri ilə görüş keçirilib. Deputatın köməkçisi Anar Nağıyev Tofiqi kənd ağsaqqalı Vaqif Həsrətovla görüşdü. Görüş zamanı Covid19, korona virus pandimeyasının dünyada yaratdığı böhran və xəstəliyin ölümlə nəticələnənməsi barədə danışan səlahiyyətli nümayəndə Məzahir Əfəndiyevin respublikamızda tətbiq olunan karantin rejiminin qayda- qanunlarına əməl etməyi, evdən çıxmamağı, özlərini və ailələrini qorumaq barədə tövsiyələrini çatdıraraq, yardım sovqatını ailəyə təqdim etdi. Kəndlərdə seçicilərlə görüşlərdə yardım və bukletlər paylandı. Sonra Göyçay rayon sakini Daun sindiromlu Ədalət Həsənovu könüllülər ziyarət ediblər. Ədalətin anası Əzizə xanım Deputat Məzahir Əfəndiyevin diqqət və qayğısına görə təşəkkürünü bildirdi. A. Nağıyev deputatın sovqat payını və təbliğat-təşviqat bukletlərini ailəyə təqdim etdi.Rayonun 65 yaşdan yuxarı olan seçiciləri ilə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Covid19, korona virusu ilə mübarizə üçün verdiyi sərəncam, fərmanlar xalqın sağlamlığına dair tapşırıqları barədə məlumat verildi. Bu gün ölkəmizin hər yerində, o cümlədən, Göyçay rayonunda İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar, gənc könüllülərin maarifləndirmə, təşviqat işlərinə cəlb olunması və “Biz birlikdə güclüyük!” adlı yardım aksiyasının keçirilməsi bir daha vətəndaşlarımızın yanında daim dövlətin olmasından xəbər verir. İnanırıq ki, tezliklə bu xəstəlik vətənimizdən uzaq olaraq, xalqımızdan yan keçəcək. Davamlı inkişafa doğru, sağlam gələcəyimiz naminə inamla addımlayacağıq.


AzTimes.az


Abunəlik


4 thoughts on “Göyçayın deputatı seçicilərinə dəstək olurmu?

  1. Geri izləmə: แทง ROV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir