Göyçayda dəhşətli yanğın

Baxılıb:132
Göyçayda dəhşətli yanğın

Göyçayda mal-qara ferması yanıb. AzTimes.az xəbər verir ki,hadisə rayonun Qarayazı kəndi ərazisində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü Qasımov Yaşar Xanlar oğluna məxsus fermada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi yollanıb.
Hadisə zamanı fermanın 250 kvadratmetrlik hissəsi və tövlənin 85 kadratmetrlik hissəsi yanaraq kül olub, 220 kvadratmetrlik hissə alovdan mühafizə edilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Davud TARVERDİYEV, Goycay /AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir