Göyçay sakini bir metrlik ilan ölüdürüb – FOTO

Baxılıb:265
Göyçay sakini bir metrlik ilan ölüdürüb – FOTO
Göyçayda ilan yerli sakinin evinə hücum edib. AzTimes.az xəbər verir ki, hadisə dünən saat 21:30 radələrində baş verib.
Göyçay rayonunun Birinci-Ərəbcəbirli kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün ilk öncə avtomobil ilə onun üzərindən keçib, daha sonra çomaq vasitəsi ilə onu öldürüb. Kənd sakinin sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb. Lakin o, özünü itirmədən ilanı öldürmək qərarına gəlib. Öldürdükdən sonra isə onu tut ağacından asıb. Qeyd edək ki, havaların istiləşməsi ilə əlaqədar olaraq Göyçayda ilanların peyda olması bir neçə dəfə müşaiyət olunur.
Davud Tarverdiyev /AzTimes.az, Göyçay/
Pərvin

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir