“Göyçay Region”- facebook fəaliyyətini tam bərpa edəcək

Baxılıb:317
“Göyçay Region”- facebook fəaliyyətini tam bərpa edəcək

 

İzləyici sayına görə Göyçayın facebook proqramı üzərindən böyük profili və qrupu olan Göyçay Region öz fəaliyyətini sentyabr ayının 1-dən tam olaraq bərpa edəcək.

AzTimes.az xəbər verir ki, bunu sözlərində Göyçay Regionun admini Davud Tarverdiyev qeyd edib. O, deyib ki:

“Artıq 1 ildən çoxdur ki, facebookda Göyçaydan izləyicilərimizə maraqlı xəbərlər, foto və videolar paylaşırıq. Əvvəllər bu profillər və qrupumuz digər adla fəaliyyət göstərib, bir müddət sonra adı dəyişilərək Göyçay Region qoyulub. İnşəAllah sentyabrın 1-dən tam olaraq 3 facebook profili və 1 qrup daxil olmaqla yenə Göyçaylı izləyicilərimizin qarşısında olacayıq”.

T.Davud sözlərində onu da əlavə edib ki, Göyçay Region gündəlik olaraq Göyçay şəhərindən, kənd və küçələrindən və s. şəkillər, videolar eləcə də xəbərlər paylaşacaq.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir