Göyçay rayonunda skamyaları bağladılar -FOTO

Baxılıb:116
Göyçay rayonunda skamyaları bağladılar -FOTO

Göyçay şəhərində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir addım atılıb.
AzTimes.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini sərtləşdirməsi qərarı ilə əlaqədar insanların parklarda toplaşmasının qarşısını almaq üçün Göyçayın Heydər Əliyev parkında oturacaqlar (skamyalar) götürülüb.
Daşına bilməyən oturacaqlara isə xüsusi xəbərdarlıq lenti ilə qadağa tətbiq olunub. Lakin buna baxmayaraq, lenti qıraraq oturacaqlara əyləşənlər də tapılır.

Davud TARVERDİYEV, Göyçay /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir