Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib

Baxılıb:119
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib

AzTimes.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Kənd sakini, 44 yaşlı Qadir Şıxıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 39 yaşlı Soltanov Ramin Mövsüm oğlunu bıçaqlayıb.
Döş qəfəsi və bud nahiyəsindən bıçaq xəsarəti alan Ramin Soltanov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir