Göyçay rayon Ulaşlı-şıxlı kənd tam orta məktəbində “Korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilib

Baxılıb:410
Göyçay rayon Ulaşlı-şıxlı kənd tam orta məktəbində “Korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilib

Göyçay rayon Ulaşlı-şıxlı kənd tam orta məktəbində “korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilib.
AzTimes.az xəbər verir ki,  Göyçay rayon Elnur Seyidov adına Ulaşlı -şıxlı kənd tam orta məktəbində müəllimlərin təşəbbüsü ilə şagirdlərin maarifləndirilməsi məqsədilə “korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbir zamanı şagirdlər bu mövzu ilə bağlı biliklərini sərgiləyib, bir dövlətin təməlinin sarsılmaz olması üçün korrupsiyaya yox demək lazım olduğunu vurğulayıblar.  Şagirdlərin mövzu ilə bağlı əl işləri nümayiş etdirilib.

Məktəbin direktoru Aynur Mahmudova çıxış edərək belə tədbirlərin mütəmadi olmasının, bu gün cəmiyyətin əsas probleminə çevrilən narkomaniya və korrupsiya mövzularında şagirdlərlə  tədbirlərinin təşkilinin zəruriliyini vurğulayıb.


Abunəlik