Göyçay Gənclər Mərkəzində Sülh günü qeyd olunub

Baxılıb:255
Göyçay Gənclər Mərkəzində Sülh günü qeyd olunub

 

21 sentyabr 2019 cu il Göyçay Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “21 sentyabr – Beynəlxalq Sülh günü“nə həsr olunmuş ”Sülh içində yaşayaq” adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev mərkəzinin, Ağdaş Regional Mədəniyyət Turzm idarəsinin Göyçay şöbəsinin, İdman Gənclər idarəsinin, Uşaq inkişaf Mərkəzinin, M.Ə.Sabir adına mərkəzi kitabxananın, Göyçay informasiya agentliyi, Nartv-in kolektivləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Anar Nağıyev açaraq tədbir iştirakçılarını salamladı və “21 sentyabr – Beynəlxalq Sülh günü” münasibətilə təbriklərini söylədi. O qeyd etdi ki, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən bu tədbirin məqsədi dünyadakı qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda qaynar nöqtələr barədə məlumatın toplanması və gənclərin bu barədə məlumatlılığının artırılması, sülhün qorunmasının vacibliyinin onlara çatdırılmasıdır. 1981-ci ildən etibarən dünyada qeyd olunan “Sülh günü”nün keçirilməsi müharibə həyatını keçmiş və hazırda sülh şəraitində yaşayan Azərbaycan xalqı üçün də vacib əhəmiyyət daşıdığını qeyd etdi. A. Nağıyev rayon rəhbərliyi adından bu günkü gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək onalar sülh, sağlamlıq və xöşbəxtlik arzuladı.

Göyçay Gənclər Mərkəzinin təşkilatçısı Gülşən Muradova “Beynəlxalq Sülh Günü”nün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, “Beynəlxalq Sülh Günü” 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə “Beynəlxalq Sülh Günü” BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazıldığını diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək “21 sentyabr – Beynəlxalq Sülh günü“nə həsr olunmuş ”Sülh içində yaşayaq” rəsim və əl işlərindən ibarət sərginin təşkili üçün mərkəzdə keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O öz çıxışında sülhə aid bir çox məsələlərə toxundu. Qeyd etdi ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərgin olub, öz ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı. 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandı, müharibə dayandırıldı, ölkədə sabitliyə nail olundu. Bu, həm də dövlətimizin sülh məramlı olmasının ifadəsi idi.

“Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə də nəzər salan S. Şükürov ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aparılan zəruri tədbirlərdən də danışdı. Qeyd etdi ki, bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. S. Şükürov çıxışında “sülh mədəniyyəti” mövzusuna da toxundu. O qeyd etdi ki, biz inanırıq ki, sülh mədəniyyəti bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacaq, gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacaqdır. Bu gün dünyada münaqişələrlə bağlı polemikalarda çox aktual olan iki fikir tez-tez təkrarlanır: ”Sülh bütün problemlərin həlli prosesidir, yoludur” və “Sülhə aparan yol yoxdur, sülh özü elə yoldur”.S. Şükürov çıxışında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandığını, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısı alınıb, ölkədə sabitliyə nail olduğunu bildirdi. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər gördüyünü qeyd etdi.
Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Ədliyyə akademiyasının professoru Mətanət Əsgərova çıxış edərək əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin o, çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail olaraq, dövlətimizin sülh arzusunun ifadə etdi. M. Əsgərova çıxışında bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər gördüyünü bildirdi.

Göyçay rayon Heydər Əliyev mərkəzinin direktoru Zenfira Əliyeva çıxış edərək Sülh gününün yaranma tarixi barədə danışdı. O qeyd etdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk dəfə Sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır.

Dini Qrumlar İşi üüzrə Dövlət Komitəsinin Ucar regional bölgəsi üzrə şöbənin əməkdaşı Rauf Nasir çıxış edərək Prezident İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistanın tamamilə bunun əksini göstərməkdə olduğunu qeyd etdi.

Prezident təqaüdçüsü, AYB,AJB-in üzvü,tarixçi,şair Aqil Kəngərli çıxış edərək sülh sözünün anlamı, dəyəri və əhəmiyyəti barədə danışdı. O dedi ki, azadlıq, bərabərlik və ədalət rəmzi olan sülh – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə sülh şəraitində yaşamağa layiq olan insanlar, çox təəssüf ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.

Göyçay Dövlət İdarəetmə,Texnologiya Kolecinin tərbiyyə işləri üzrə direktor müavini Səbinə Qurbanova çıxış edərək, sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf, azadlıq, bərabərlik, ədalət, hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu bildirirdi.

S. Qurbanova çıxışında bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını aradıqlarını bildirdi. Hələ 15-ci əsrdə Erazm Rotterdamlı “Sülh şikayəti”, 18-ci əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”əsərini yazıb. Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldıldığını vurğuladı.

Çıxış edən natiqlər hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində, 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunduğunu bildirdilər. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edildiyini qeyd etdilər.

Sonra rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olan qonaqlar sülhün rəmzi olan göyərçinləri havaya buraxaraq “Sülh içində yaşayaq”şüarını bildirdilər. “Hərb və sülh”-ə aid mahnılar və şerlər səslənib. Müxtəlif rəqslər nümayiş edildi.

Tədbirin sonunda Uşaq inkişaf mərkəzinin şagirdlərinin hazırladıqları musiqili şeir kompozisiyası iştirakçılara təqdim olundu. Tədbir çox yüksək əhval-ruhiyyə ilə sona çatıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir