Goranboyda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Baxılıb:96
Goranboyda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Sərxan Bağırovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan ümumi çəkisi 18 kq 604 qram olan 51 ədəd çətənə aşkar edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Abunəlik