Gənc qız 5-ci mərtəbədən yıxılaraq öldü

Baxılıb:222
Gənc qız 5-ci mərtəbədən yıxılaraq öldü

Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.
AzTimes.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir