Gəncədə məhşur məşqçinin oğlu qətlə yetirildi

Baxılıb:131
Gəncədə məhşur məşqçinin oğlu qətlə yetirildi

AzTimes.az xəbər verir ki, hadisə H.Əliyev prospektindəki çay evlərinin birində baş verib.

Belə ki, 30-35 yaşlarında olan Elnur Alıyev mübahisə zəminində bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Onu bıçaqlayan şəxs ərazidən yayınıb.

Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir