Flora Kərimova Kamil Zeynallının həbsinə münasibət bildirdi

Baxılıb:207
Flora Kərimova Kamil Zeynallının həbsinə münasibət bildirdi

AzTimes.az xəbər verir ki,  Flora Kerimova öz şəxsi sosial şəbəkə hesablarının birində Kamil Zeynallıdan yazıb:”Bu əmələ nə kor olmaq olar , nə lal.Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib .Düşündünüzmü , bu addımı atanda neylədiniz?Bu əməlinizlə bir daha hakimiyyətə ,dövlət başçısına olan inamı kölgə altına aldınız .” Karantin qaydalarını pozub “_ tutaq ki , pozub . Nəyə görə pozduğunu olmaya bilmirsiz?H! riskə atıb balasını , ailəsini evdə qoyub günü _güzaranı ac insanların yardımına gedib . Görəsən , Kimin yolunu kəsirdi , kimin ” nüfuzunu”üstəliyirdi ki , bu SİFARİŞƏ QOL QOYULDU ?Kamil , Bəlkə də , çoxlarına ayna idi . Əgər siz eybəcərsinizsə , aynanı sındırmağınız sadacə acizliyinizdir.Hec içiniz sızlamadı , o balasına deyəndə ki , “atan Türkiyəyə gedir , 10 günə qayıdacaq ?Budur sizin ədalətiniz ?! Torpaq qaçmadı ayağınızın altından??? Niyə Kamil kimi oğulun bioqrafiyasında MƏHKUMLUQ ləkəsi olmalıdır  Başqa qərar tapa bilmədiniz ? kimə dərs keçdiniz bu əməlinizlə ? Siz tək onun anasını ,xanımını ,bir qız övladını gözü yaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri , gözüyaşlı , ayaqyalın, ac qoydunuz .Yüzlərlə gözü yolda qalan ailələrin ümidini puç etdiyinizi bilmədinizmi? KAMİLİN KİŞİLİYİNİ özünə örnək bilənləri də onunla birlikdə həbs etdiyinizi bilmədinizmi? Siz bu əməlinizlə bir başa DÖVLƏTÇİLİYƏ , DÖVLƏT BAŞÇISININ və XANIMININ xalqa müraciətində yardım edənlərə Təşəkkürünə üz çevirmədinizmi ?Kişilik mərdlikdir , mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik VİCDANLI OLMAQDIR  !Təsüfki , belə situasiyada bu sütunlar əriyir. Bilirsiniz məni ən çox üzən nədir  ?-  Kamilin tutulması deyil. Kamil KİŞİ kimi girdi türməyə kişi kimi də çıxacaq . Kamil oraya bir girdisə , yüz çıxacaq . Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı çəkingənliyi , balağaltından çıxmamağı aşıladınız. 80 yaşım içindəyəm . Qadınlığımla kimdənsə nə qorxacağım , nə də umacağım var  !Amma gör ki, bu  yaşımda məni VƏTANDAŞ kimi utandırmağı bacardı” . Sözlərini qeyd edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir