Evdən zənglə çıxa biləcəksiniz-RƏSMİ

Baxılıb:94
Evdən zənglə çıxa biləcəksiniz-RƏSMİ

Vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.
Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək – Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.
Məlumat Ponçik Paronçik səhifəsində paylaşılıb.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir